Əsas Səhifə > Maraq > Güləşçimiz Nihad Quluzadə dünya çempionatının bürünc medalını qazanıb

Güləşçimiz Nihad Quluzadə dünya çempionatının bürünc medalını qazanıb


2-11-2021, 21:29
Güləşçimiz Nihad Quluzadə dünya çempionatının bürünc medalını qazanıb

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən qoşulan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə uduzub.
Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. Ukrayna təmsilçisinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımız ABŞ təmsilçisi Teylor La Monta qalib gələrək U-23 dünya çempionatının bürünc medalına sahib olub.
Geri qayıt