Əsas Səhifə > Maraq > Təmsilçimiz Nihad Quluzadə dünya çempionatında bürünc medal uğrunda güləşəcək

Təmsilçimiz Nihad Quluzadə dünya çempionatında bürünc medal uğrunda güləşəcək


2-11-2021, 17:56
Təmsilçimiz Nihad Quluzadə dünya çempionatında bürünc medal uğrunda güləşəcək

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən qoşulan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub.
Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. Ukrayna təmsilçisinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımızın rəqibi ABŞ təmsilçisi Teylor La Mont olacaq.
Geri qayıt