Əsas Səhifə > Maraq > “Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub18-10-2021, 18:24 |
“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub. BrendSport.az xəbər verir ki, 2011-2012-ci il mövsümündən yüksək dəstədə çıxış edən “Gənclik şəhəri” təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib. Premyer Liqanın VII turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb. 300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir. Qeyd edək ki, əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır. Geri qayıt |