Əsas Səhifə > Maraq > "Qəbələ"nin futbolçusu beynəlxalq turnirin qalibi olub
"Qəbələ"nin futbolçusu beynəlxalq turnirin qalibi olub14-10-2021, 20:15 |
"Qəbələ" klubunun futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) təşkil etdiyi turnirin qalibi olub. BrendSport. xəbər verir ki, İordaniya seçməsi finalda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Dammam şəhərindəki qarşılaşma İordaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Omar Hani görüşün ikinci hissəsində meydana çıxıb. On bir komandanın iştirak etdiyi turniri Səudiyyə Ərəbistanı Futbol Federasiyası və WAFF təşkil edib. Qeyd edək ki, WAFF U-23 çempionatı 2015-ci ildən təşkil olunur. Geri qayıt |