Əsas Səhifə > Maraq > Olimpiya mükafatçısı yarışlardan kənarlaşdırıldı

Olimpiya mükafatçısı yarışlardan kənarlaşdırıldı


13-11-2017, 20:08





2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Rusiya ağırlıqqaldıranı Ruslan Albeqov bütün yarışlardan kənarlaşdırılıb.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib.

Albeqov antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. O, London olimpiadasında 105 kq-dan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub. 29 yaşlı idmançı, həmçinin ikiqat Avropa və dünya çempionu olub.

Milli.Az
Geri qayıt