Əsas Səhifə > Maraq > Mahir Emrelinin COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib
Mahir Emrelinin COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib12-10-2021, 20:13 |
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi. Bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib. Geri qayıt |