Əsas Səhifə > Maraq > Sənan Süleymanov: Dünya çempionatında əksər xallarımı parterdən qazandım
Sənan Süleymanov: Dünya çempionatında əksər xallarımı parterdən qazandım11-10-2021, 17:39 |
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yeganə gümüş medalı yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) qazanıb. BrendSport.az xəbər verir ki, karyerasında ilk dəfə mundialda fərqlənən gənc güləşçimiz çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib. Bildirib ki, təxminən 1 ay belimdəki zədəmlə bağlı məşq edə bilmədim. Hətta dünya çempionatında güləşməmək ehtimalı var idi. Çünki ciddi zədə idi. Ancaq müalicəmi davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdim. Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilər oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinal görüşüm oldu. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu. “Əslində yarışa gələndə formada olmadığımı düşünürdüm. Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabı ilə məğlub oldum. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı”, - deyə güləşçi əlavə edib. Əvvəllər parterdə xal almağa çətinlik çəkdiyini deyən S.Sülemanov bildirib ki, son 1 ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir. Geri qayıt |