Əsas Səhifə > Maraq > Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb

Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb


6-10-2021, 12:19
Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb


Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib. Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, təqvimə əsasən bu gün keçirilməsi nəzərdə tutulmuş Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Geri qayıt