Əsas Səhifə > Maraq > Azərbaycanlı güləşçi dünya çempionatını medalsız başa vurub

Azərbaycanlı güləşçi dünya çempionatını medalsız başa vurub


5-10-2021, 20:39
Azərbaycanlı güləşçi dünya çempionatını medalsız başa vurub


Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.
Qarşılaşmadan 3:4 hesabı ilə məğlub ayrılan Turan Bayramov yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.
Geri qayıt