Əsas Səhifə > Maraq > ABŞ şirkəti İtaliyanın “Cenoa” klubunun səhmlərini alıb
ABŞ şirkəti İtaliyanın “Cenoa” klubunun səhmlərini alıb24-09-2021, 18:39 |
ABŞ-ın “777 Partners” şirkəti İtaliyanın “Cenoa” futbol klubunun səhmlərini alıb. BrendSport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. A Seriyası təmsilçisi səhmlərinin 99,9 faizinin satıldığını açıqlayıb. İtaliya mətbuatının xəbərinə görə, “777 Partners” şirkəti “Cenoa” üçün 150 milyon avro ödəyib. 1893-cü ildə yaradılan klub 9 dəfə İtaliya çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. Geri qayıt |