Əsas Səhifə > Maraq > Avropa kuboku yarışı: “Vüqar Həşimov” Fransa komandası ilə qarşılaşacaq
Avropa kuboku yarışı: “Vüqar Həşimov” Fransa komandası ilə qarşılaşacaq22-09-2021, 11:30 |
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir. BrendSport.az xəbər verir ki, sentyabrın 22-də turnirin 5-ci turunun oyunları keçiriləcək. Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Fransanın “Asnıeres Le Grand Echiquier” komandası ilə mübarizə aparacaq. Aktivində 5 xal olan komandamız 13-cü sırada qərarlaşıb. Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov Makedoniyanın “Alkaloid”, Nicat Abasov İspaniyanın “Silla” komandasının heyətində yer alıblar. “Alkaloid” Norveçin “Offerspill Chess Club”, “Silla” İsrailin “Beer Shev” komandasına qarşı mübarizə aparacaq. “Silla” 7 xalla 4-cü, “Alkaloid” 6 xalla 5-ci pillədə qərarlaşıb. Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır. Geri qayıt |