Əsas Səhifə > Maraq > Ağdaşda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib
Ağdaşda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib22-09-2021, 10:56 |
AFFA-nın və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qolqəti kəndində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il dekabrın 29-da Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində 50 məktəbli uşağa, o cümlədən şəhid ailələrinin övladlarına futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Cavid Osmanov, Sabir Hacıyev, Ağdaş Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və digər rəsmi şəxslər iştirak ediblər. Geri qayıt |