Əsas Səhifə > Maraq > Naxçıvanda “Kütləvi futbol həftəsi” layihəsi həyata keçirilib
Naxçıvanda “Kütləvi futbol həftəsi” layihəsi həyata keçirilib20-09-2021, 13:05 |
UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Naxçıvan şəhəri Uzunoba təlim-məşq bazasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Kütləvi futbol həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib. Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir iştirakçıya AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub. Qeyd edək ki, UEFA hər il futbolun kütləviliyinin artırılması məqsədilə Avropada “Kütləvi futbol həftəsi” keçirir. Qeyd olunan layihə üzrə növbəti tədbirlər sentyabrın 27-də Mingəçevirdə, ayın 30-da isə Bakıda baş tutacaq. Geri qayıt |