Əsas Səhifə > Maraq > Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər

Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər


17-09-2021, 19:58
Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər


Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.
BrendSport.az xəbər verir ki, mundialda yunan-Roma güləşi üzrə millimiz də iştirak edəcək. Yığmamız hazırda yarışa hazırlıqları davam etdirir.
Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində məşq edir. Hazırlıq prosesi oktyabrın 4-dək Bakıda davam edəcək. Növbəti gün millimiz Osloya yollanacaq.
Qeyd edək ki, oktyabrın 6-da güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində yarışa start veriləcək. Oktyabrın 8-də 60, 97 və 130, ayın 9-da isə 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.
Geri qayıt