Əsas Səhifə > Maraq > "Neftçi" klubu argentinalı futbolçu ilə ikiillik müqavilə imzalayıb

"Neftçi" klubu argentinalı futbolçu ilə ikiillik müqavilə imzalayıb


17-09-2021, 19:44
"Neftçi" klubu argentinalı futbolçu ilə ikiillik müqavilə imzalayıb



Bakının “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. İyirmi səkkiz yaşlı hücumameylli yarımmüdafiəçi 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild”, “Defensores de Belqrano” və Portuqaliyanın “Maritimu” klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.
Geri qayıt