Əsas Səhifə > Maraq > Kikboksinq üzrə kadetlər arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib
Kikboksinq üzrə kadetlər arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib17-09-2021, 18:24 |
Kikboksinq üzrə kadetlər arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib. BrendSport.az xəbər verir ki, birincilikdə müxtəlif klub və cəmiyyətləri təmsil edən 248 idmançı mübarizə aparıb. Yekun nəticəyə görə, 7-9 yaşlı idmançılar arasında Murad Hüseynov (“Vətən” İK), Emil Rüstəmli (“Novxanı” İK), Zamiq Məmmədli (“Bakı” İK), Kənan Mustafayev (“Qarabağ” İK), Seyid Mehmanlı (“Ali Fihgt” İK), Adəm Kərimli (“Xocalı” İK) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Nizam Quliyev (26 kq, FHN İSM), Uğur Məmmədov (28 kq, Ali Fihgt İK), Rəsul Babazadə (30 kq, “Qarabağ” İK), Orxan Əhmədov (32 kq, “Kobra” İK), Nazim Verdiyev (37 kq, “Qarabağ” İK) və Əli Əmirli (42 kq) 10-12 yaşlı idmançılar arasında birinci olublar. Yarışda ilk 3 yeri tutmuş idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar. Geri qayıt |