Əsas Səhifə > Maraq > “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Cocuq Mərcanlıda keçirilib

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Cocuq Mərcanlıda keçirilib


15-09-2021, 15:03
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Cocuq Mərcanlıda keçirilib


“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində keçirilib. Tədbirdə futbola marağı artırmaq məqsədilə 50 məktəbli uşağa idman geyimləri və futbol topları verilib.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 2010-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Ceyhun Məmmədov, Vüqar Bayramlı və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Layihə üzrə 2021-ci ildə respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
Geri qayıt