Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqasının qrup mərhələsinin səkkiz qarşılaşması keçirilib
UEFA Çempionlar Liqasının qrup mərhələsinin səkkiz qarşılaşması keçirilib15-09-2021, 01:46 |
Futbol üzrə Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turun oyunlarına sentyabrın 14-də start verilib. BrendSport.az xəbər verir ki, turun ilk oyun gününün ən maraq doğuran görüşü “E” qrupunda yer alan komandalar arasında baş tutub. İspaniyanın “Barselona” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasını qəbul edib. Görüşdə daha üstün oyun sərgiləyən Münxen təmsilçisi rəqibin qapısından üç cavabsız top keçirib. "Bavariya"nın heyətində Robert Levandovski (2) və Tomas Müller fərqləniblər. Bu qrupun digər görüşündə "Dinamo Kiyev" (Ukrayna) öz meydanında "Benfika"nı (Portuqaliya) qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 0:0. Gecənin sensasiyası İsveçrədə qeydə alınıb. Həmin oyunda "Yanq Boyz" İngiltərənin "Mançester Yunayted" komandası üzərində əzmkar qələbə qazanıb - 2:1. Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib. Günün bütün görüşləri aşağıdakılardır: “E” qrupu “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) - 0:3; “Dinamo Kiyev” (Ukrayna) – “Benfika” (Portuqaliya) - 0:0. “F” qrupu “Yanq Boyz” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) - 2:1; “Vilyarreal” (İspaniya) – “Atalanta” (İspaniya) - 2:2. “G” qrupu “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) - 1:1; “Lill” (Fransa) – “Volsburq" (Almaniya) - 0:0. “H” qrupu “Çelsi” (İngiltərə) – “Zenit” (Rusiya) - 1:0; “Malmö” (İsveçrə) – “Yuventus” (İtaliya) - 0:3. Qeyd edək ki, qrup mərhələsinin digər 8 qarşılaşması sentyabrın 15-də oynanılacaq. Geri qayıt |