Əsas Səhifə > Maraq > Futzal üzrə Azərbaycan millisi “Kazan-2021”də ilk oyununu keçirib
Futzal üzrə Azərbaycan millisi “Kazan-2021”də ilk oyununu keçirib7-09-2021, 16:44 |
Bu gün birinci MDB Oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçını keçirib. BrendSport.az xəbər verir ki, Rusiyanın Kazan şəhərində təşkil olunan qarşılaşmada komandamız belaruslu həmyaşıdlarına məğlub olub – 0:6. B qrupunda yer alan U-19 növbəti oyununu sentyabrın 9-da keçirəcək. Ağatahir Əzimovun başçılıq etdiyi komanda Qırğızıstanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq. Geri qayıt |