Əsas Səhifə > Maraq > Azərbaycan – Portuqaliya oyununu italiyalı hakimlər briqadası idarə edəcək
Azərbaycan – Portuqaliya oyununu italiyalı hakimlər briqadası idarə edəcək6-09-2021, 13:01 |
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununu idarə edəcək hakimlər müəyyənləşib. BrendSport.az xəbər verir ki, matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marko Guida olacaq. Ona Filippo Meli və Alessandro Kostanzo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Mareska yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Marko Di Bello olacaq. Azərbaycan – Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda stadionunda keçiriləcək. Geri qayıt |