Əsas Səhifə > Maraq > Avropa birinciliyində Azərbaycanı 12 cüdoçu təmsil edəcək
Avropa birinciliyində Azərbaycanı 12 cüdoçu təmsil edəcək30-08-2021, 17:31 |
Sentyabrın 9-11-də Lüksemburqda Azərbaycan cüdoçularının da iştirak edəcəyi yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək. BrendSport.az xəbər verir ki, qitə birinciliyində ölkəmizi 12 cüdoçu təmsil edəcək. Belə ki, Turan Bayramov, Qasım Vəlizadə (hər ikisi 60 kq), Rəşad Quluzadə, Çingiz Fəttahov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli (81 kq) və Ruslan Nəsirli (100 kq) oğlanların yarışında mübarizə aparacaqlar. Qızlar arasında keçirilən turnirdə isə Aydan Vəliyeva, Könül Əliyeva (48 kq) və Ülviyyə Bayramova (52 kq) iştirak edəcəklər. Geri qayıt |