Əsas Səhifə > Maraq > Avropa çempionatı: Rauf Məmmədov beşinci turda turnir cədvəlinin lideri ilə qarşılaşacaq
Avropa çempionatı: Rauf Məmmədov beşinci turda turnir cədvəlinin lideri ilə qarşılaşacaq30-08-2021, 12:55 |
Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçiriləcək. BrendSport.az xəbər verir ki, qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gələcək. Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Aydın Süleymanlı Ventura Souza (Portuqaliya), Read Səmədov Tor Mari Aronla (İslandiya) mübarizə aparacaqlar. Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız R.Məmmədov 3,5, N.Məmmədov 3, N.Abasov, A.Süleymanlı 2,5, R.Səmədov 1,5 xal toplayıblar. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Geri qayıt |