Əsas Səhifə > Maraq > Azərbaycan millisi Serbiya, Macarıstan və Monteneqro yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Serbiya, Macarıstan və Monteneqro yığmaları ilə qarşılaşacaq


30-08-2021, 11:02
Azərbaycan millisi Serbiya, Macarıstan və Monteneqro yığmaları ilə qarşılaşacaq


On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 1-dən 8-dək Serbiyanın Subotiça şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz bu məqsədlə avqustun 30-dan 31-dək Bakıda, sentyabrın 1-dən 8-dək isə Serbiyada hazırlıq keçəcək.
Millimiz sentyabrın 3-də Serbiya, iki gün sonra Macarıstan, ayın 7-də isə Monteneqro ilə qarşılaşacaq.
Geri qayıt