Əsas Səhifə > Maraq > Cüdoçumuz Hüseyn Rəhimli Paralimpiya çempionu olub
Cüdoçumuz Hüseyn Rəhimli Paralimpiya çempionu olub28-08-2021, 13:36 |
Cüdoçumuz Hüseyn Rəhimli Paralimpiya çempionu olub. BrendSport.az xəbər verir ki, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib. Koreya Respublikasından olan Jung Min Lunu məğlub edən təmsilçimiz finalda özbəkistanlı Davurxon Karomatov ilə qarşılaşıb. Rəqibindən üstün olan H.Rəhimli Paralimpiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bunadək Azərbaycanın hesabında 7 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kq) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək. Geri qayıt |