Əsas Səhifə > Maraq > Paracüdoçumuz Namiq Abaslı Tokio Paralimpiadasını üçüncü pillədə başa vurub
Paracüdoçumuz Namiq Abaslı Tokio Paralimpiadasını üçüncü pillədə başa vurub27-08-2021, 13:32 |
“Tokio-2020” Yay Paralimpiya Oyunları davam edir. BrendSport.az xəbər verir ki, paracüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşıb. Rəqibini məğlub edən N.Abaslı Paralimpiya Oyunlarının bürünc medalına sahib olub. Bu gün paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (66 kq) və üzgüçümüz Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub. Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək. Geri qayıt |