Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan” qrupda ikinci olub

“Araz-Naxçıvan” qrupda ikinci olub


24-08-2021, 22:10
“Araz-Naxçıvan” qrupda ikinci olub


“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.
Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vuraraq, əsas mərhələyə vəsiqə qazanıb. Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub.
Geri qayıt