Əsas Səhifə > Maraq > Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirəcək
Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirəcək24-08-2021, 12:41 |
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrupda dördüncü oyununu Serbiya yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Yığmamız Belçika, Rusiya, Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub. Millimiz avqustun 25-də qrupda sonuncu görüşünü Fransa yığmasına qarşı keçirəcək. Hesabında 9 xal olan Serbiya millisi qrupda birinci pillədə yer alıb. Rusiya 7 xalla ikincidir. Belçika, Bosniya və Herseqovina, Fransa komandaları 3 xalla 3-5-ci yerləri bölüşürlər. Aktivində xal olmayan Azərbaycan millisi qrupda sonuncudur. Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq. Geri qayıt |