Əsas Səhifə > Maraq > “Sumqayıt” klubu rekorda imza atıb

“Sumqayıt” klubu rekorda imza atıb


23-08-2021, 16:00
“Sumqayıt” klubu rekorda imza atıb


“Sumqayıt” tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb. İlk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəliblər.
BrendSport.az xəbər verir ki, Premyer Liqada 2011-ci ildə debüt edən “Gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/2015-ci il mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olublar. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.
Qeyd edək ki, son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.
Geri qayıt