Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb


18-08-2021, 14:30
UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb


UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, avqustun 21-də Naxçıvan təmsilçisi “Europa” (Cəbəllütariq) ilə qarşılaşacaq. Latviyanın Salaspils şəhərindəki idman kompleksində təşkil olunacaq görüşü italiyalı Dario Pezzuto idarə edəcək. Ona Drazen Vukçeviç (Monteneqro) və Panagiotis Ntalas (Yunanıstan) kömək edəcəklər.
Avqustun 22-də komandamız Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə üz-üzə gələcək. Eyni məkanda baş tutacaq görüşdə əsas referi D.Vukçeviç olacaq. Ona D.Pezzuto və Daniele Dadamo (San Marino) kömək edəcəklər.
Hər iki görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Komandamız avqustun 24-də “Raba” (Latviya) ilə qarşılaşacaq.
Artıq komandamızın oyunlar üçün heyəti də açıqlanıb. belə ki, heyətdə qapıçılar - Rövşən Hüseynli, Emin Kürdov, oyunçular - Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, İsaq Surğalı, Amir Şojaei, Hadi Ahmadi, Ramiz Çovdarov, Murilo Borges, Conatas Felipe və Emanuel Rodrigues yer alıblar.
Geri qayıt