Əsas Səhifə > Maraq > “Bavariya” Almaniya Super kubokunun qalibi olub

“Bavariya” Almaniya Super kubokunun qalibi olub


18-08-2021, 00:42
“Bavariya” Almaniya Super kubokunun qalibi olub

Avqustun 18-də futbol üzrə Almaniya Super kuboku uğrunda mübarizdə “Borussiya Dortmund” və “Bavariya” komandaları üz-üzə gəliblər.
BrendSport.az xəbər verir ki, “Signal İduna Park” stadionunda keçirilən görüş Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Bavariya”nın heyətində Robert Levandovski (41, 74) və Tomas Müller (50) fərqləniblər. “Borussiya Dortmund”un isə yeganə qoluna oyunun 64-cü dəqiqəsində Marko Roys imza atıb.
Qeyd edək ki, bu titul “Bavariya” klubunun tarixində doqquzuncudur.
Geri qayıt