Əsas Səhifə > Maraq > "Volfsburq" Almaniya kuboku yarışlarından kənarlaşdırılıb

"Volfsburq" Almaniya kuboku yarışlarından kənarlaşdırılıb


17-08-2021, 20:10
"Volfsburq" Almaniya kuboku yarışlarından kənarlaşdırılıb

"Volfsburq" futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb.
BrendSport.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, buna komandanın əvəzetmə qaydalarını pozması səbəb olub. Baş məşqçi Van Bommel "Proyssen"ə qarşı səkkizdəbir final matçında 6 əvəzetmə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Volfsburq" əlavə vaxtda 3:1 hesablı qələbə qazanıb.
"Proyssen"in etirazından sonra Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.
Geri qayıt