Əsas Səhifə > Maraq > Azərbaycanın üç güləşçisi dünya çempionatının qızıl medalı uğrunda xalça üzərinə çıxacaq

Azərbaycanın üç güləşçisi dünya çempionatının qızıl medalı uğrunda xalça üzərinə çıxacaq


17-08-2021, 11:52
Azərbaycanın üç güləşçisi dünya çempionatının qızıl medalı uğrunda xalça üzərinə çıxacaq


Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Güləşçimiz Nurəddin Novruzov (57 kq) startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən həmyerlimiz adını yarımfinala yazdırıb. Yerli idmançıya məğlub olan güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Assiljan Yessengeldi (Qazaxıstan) - Şubham Şubham (Hindistan) cütünün qalibi olacaq.
Millimizin üzvü Zirəddin Bayramov (65 kq) ilk görüşdə tacikistanlı güləşçini üstələyib. Z.Bayramov gürcü rəqibi ilə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə qalib gəlib və yarımfinala yüksəlib. ABŞ təmsilçisini də üstələn Z.Bayramov adını finala yazdırıb. Həlledici görüşdə idmançımız yerli idmançı Şamil Məmmədov ilə qarşılaşacaq.
Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Cəbrayıl Hacıyev səkkizdəbir finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan C.Hacıyev yarımfinala adlayıb. Finalın bir addımlığında güləşçimiz Rusiya idmançısında güclü olub. Dünya çempionu adı uğrunda görüşdə güləşçimiz iranlı İrfan Elahi ilə üz-üzə gələcək.
Əşrəf Aşırov (79 kq) dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbə ilə start verib. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da güclü olan Ə.Aşırov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşdə idmançımız Qazaxıstan güləşçisini xalçadan məyus yola salıb və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi İran təmsilçisi Məhəmməd Noxodilarimi olacaq.
Qeyd edək ki, bu çəki dərəcələrində medallar uğrunda qarşılaşmalar bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Geri qayıt