Əsas Səhifə > Maraq > Azərbaycanlı referi dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək

Azərbaycanlı referi dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək


7-08-2021, 20:00
Azərbaycanlı referi dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək


Çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, 24 referinin yer aldığı yekun siyahıda FIFA referisi İnqilab Məmmədovun da adı var.
Qeyd edək ki, dünya çempionatının final mərhələsi avqustun 19-29-da Rusiyada təşkil olunacaq.
Geri qayıt