Əsas Səhifə > Maraq > UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununun ilk hissəsində hesab açılmayıb

UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununun ilk hissəsində hesab açılmayıb


5-08-2021, 22:00
UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyununun ilk hissəsində hesab açılmayıb


UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprdə keçirilən AEL-"Qarabağ" matçının birinci hissəsi başa çatıb.
BrendSport.az xəbər verir ki, Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşün ilk hissəsində hesab açılmayıb.
“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.
Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Geri qayıt