Əsas Səhifə > Maraq > “GOAL+” turnirinin qalibi müəyyənləşib

“GOAL+” turnirinin qalibi müəyyənləşib


4-08-2021, 14:00
“GOAL+” turnirinin qalibi müəyyənləşib


AFFA-nın elan etdiyi “Ən yaxşı kütləvi futbol layihəsi” nominasiyası üzrə keçirilən qrant müsabiqəsində üçüncü yeri tutmuş Saleh Saninin layihəsi olan “GOAL+” turnirinin qalibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, turnirin finalında “Sabis” və “Azərbaycan Avropa Məktəbi” komandaları üz-üzə gəliblər.
Görüş “Sabis” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandaya kuboku AFFA-nın kütləvi futbol departamentinin rəisi Fərrux İsmayılov təqdim edib.
Geri qayıt