Əsas Səhifə > Maraq > “Araz-Naxçıvan” komandası heyətinə iki braziliyalı futzalçı cəlb edib

“Araz-Naxçıvan” komandası heyətinə iki braziliyalı futzalçı cəlb edib


2-08-2021, 14:30
“Araz-Naxçıvan” komandası heyətinə iki braziliyalı futzalçı cəlb edib


UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” komandası heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
BrendSport.az xəbər verir ki, komanda iki braziliyalı futzalçı ilə anlaşıb. İyirmi səkkiz yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodriges mövsümün sonunadək ölkə çempionunun formasını geyinəcək. Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq Avropada legioner həyatı yaşayıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib. Bununla da “Araz-Naxçıvan”ın heyətindəki braziliyalı futzalçıların sayı 3 oldu. Onlaradək Murilo Borges baş məşqçi Joze Alesio Da Silvanın sərəncamında idi.
Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 21-də “Europa”, ertəsi gün “Kampuksen Dinamo”, avqustun 24-də isə “Raba” klubu ilə qarşılaşacaq. Təmsilçimizin yer aldığı qrupun oyunları Latviyada təşkil olunacaq.
Geri qayıt