Əsas Səhifə > Maraq > Alfonso Dominges: Rəqibim Olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam
Alfonso Dominges: Rəqibim Olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam30-07-2021, 17:57 |
Olimpiadaya ciddi hazırlaşmışam. Hər gün məşq edirdim. Özüm üçün medalı təmin etdiyim üçün çox sevinirəm. Artıq iki medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü çox yaxşı hiss edirəm. BrendSport.az xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazandığı qarşılaşmadan sonra verdiyi müsahibədə deyib. Dörddəbir finalda türkiyəli boksçu Bayram Malkana qalib gələrək ən azı bürünc medalı təmin edən idmançı deyib: “Döyüş zamanı hakimə bildirdim ki, rəqib başını çox aşağı əyir. Belə olan halda döyüşə bilmirəm. Belə olduqda hətta uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim”. Finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq boksçu rinqə qələbə üçün çıxacağını söyləyib: “Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim Olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam”. Qeyd edək ki, A.Domingesin A.Lopes ilə yarımfinal görüşü avqustun 1-də olacaq. Geri qayıt |