Əsas Səhifə > Maraq > “Keşlə” və “Soçi” klublarının start heyətləri müəyyənləşib
“Keşlə” və “Soçi” klublarının start heyətləri müəyyənləşib29-07-2021, 22:11 |
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 29-da Bakıda üz-üzə gələcək “Keşlə” və “Soçi” komandalarının start heyətləri açıqlanıb. BrendSport.az xəbər verir ki, “ASK Arena”da baş tutacaq görüşdə “Keşlə” klubunun start heyətində Stanislav Namaşko, Tərlan Quliyev, Muyuşko Boyoviç, İlkin Qırtımov, Azər Salahlı, Merab Qiqauri, Rəhman Hacıyev, Turan Vəlizadə, Felipe Santos, Amil Yunanov və Aldair Neto yer alıblar. “Soçi” komandasının ilk onbirliyində isə meydana Nikolay Zabalotnı, Timofey Marqasov, Danila Ploxin, Rodriqao, Mateo Baraç, Kiril Zaika, Nikita Burmistrov, Kristian Noboi, İbrahim Callaqov, Artur Yusipov və Marko Duqanjiç çıxacaqlar. Saat 20:00-da başlayacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Viktor Şimusik olacaq. Ona həmyerliləri Anton Qusev və Sergey Kosovets kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək. Qeyd edək ki, bu komandaların arasında Soçidə keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Geri qayıt |