Əsas Səhifə > Maraq > “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib


29-07-2021, 22:07
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib


Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi litvalı yarımmüdafiəçi Şımkus Domantası transfer edib.
Ölkəsinin əsas yığmasında da çıxış edən 25 yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, Danimarkada “Olborq”, Litvada “Atlantas” və “Jalgiris” komandalarının formasını geyinən futbolçunun son klubu İsrailin “Hapoel” (Kfar-Sava) kollektivi olub. O, milli komandada 5 oyun keçirib.
Geri qayıt