Əsas Səhifə > Maraq > “Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq
“Qarabağ” səfərdə İsrailin “Aşdod” klubu ilə qarşılaşacaq29-07-2021, 22:06 |
İyulun 29-da UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” futbol klubu səfərdə İsrailin “Aşdod” komandasının qonağı olacaq. BrendSport.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçın baş hakimi serbiyalı Novak Simoviç olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş ilk oyunda qapılara top vurulmayıb. Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər - Bədavi Hüseynov və Elvin Cəfərquliyev səfərə aparılmayıb. Kapitan Maksim Medvedev isə ilk görüşdə qırmızı vərəqə aldığı üçün cəzalıdır. Müdafiəçi buna baxmayaraq, komanda ilə birlikdə İsrailə yollanıb. Meydan sahiblərində isə ilk matçı buraxan Məhəmməd Kanaan və Timoti Avani növbəti dəfə meydana çıxmayacaqlar. Geri qayıt |