Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: “Neftçi” və “Olimpiakos” komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqası: “Neftçi” və “Olimpiakos” komandalarının start heyətləri açıqlanıb28-07-2021, 20:59 |
Bakının “Neftçi” futbol klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. BrendSport.az xəbər verir ki, “Bakcell Arena”da saat 21:00-da start götürəcək matçı ispaniyalı baş hakim Rikardo de Burqos idarə edəcək. Komandaların start heyətləri açıqlanıb. "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Ömər Buludov. Samir Buqrin və Mamadu Kane yer alıblar. Yunanıstan təmsilçisinin heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Ahmed Hassan, Pyer Kunde, Giorqos Masuras, Husseynu Ba, Svetozar Markoviç, Kenni Lala, Matyö Valbuena, Pape Sisse və Vasilis Surlis meydana çıxacaqlar. Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq. Geri qayıt |