Əsas Səhifə > Maraq > Pirlo futboldan getdi
Pirlo futboldan getdi7-11-2017, 01:35 |
İtaliyanın əfsanəvi futbolçusu Andrea Pirlo karyerasını bitirib. 38 yaşlı yarımmüdafiəçi bu gün son matçını keçirib. “Nyu-York Siti”nin ABŞ çempionatının pley-off mərhələsində “Kolambus”la keçirdiyi qarşılaşmanın 90-cı dəqiqəsində meydana girən veteran oyunçu bununla da futbolla vidalaşıb. Oyun “Nyu-York Siti”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qeyd edək ki, Andrea Pirlo karyerası ərzində “Breşiya”, “İnter”, “Recina”, “Milan” və “Yuventus” klublarının formasını geyinib. Apasport.az Geri qayıt |