Əsas Səhifə > Maraq > Sergey Şestyorkin: Məşqlər gücləndirilmiş rejimdə davam edir
Sergey Şestyorkin: Məşqlər gücləndirilmiş rejimdə davam edir23-07-2021, 22:47 |
Gimnastika növləri üzrə yarışlarda çıxış edəcək Azərbaycan idmançıları “Tokio-2020” Yay Olimpiya Oyunlarında layiqli mübarizə aparmaq üçün var qüvvələri ilə çalışırlar. BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Olimpiya Oyunları çərçivəsində keçiriləcək kişi idman gimnastikası üzrə yarışlara qatılacaq təmsilçimiz İvan Tixonovun şəxsi məşqçisi Sergey Şestyorkin hazırda bütün diqqətin proqramların icrasında dəqiqliyin işlənməsinə yönəldiyini deyib. “Hazırlıq plana uyğun şəkildə davam edir. May və iyun ayında iki dünya kubokunda iştirak etdik və kifayət qədər uğurlu oldu. Bu yarışlarda yeni proqramı da sınaqdan keçirdik. Hazırda məşqlər maksimum dərəcədə gücləndirilmiş rejimdə davam edir”, - deyə S.Şestyorkin əlavə edib. Qeyd edib ki, çıxış proqramları yarışlarla sınaqdan keçirilib, son hazırlıq mərhələsində isə daha çox çətinlik üzərində çalışırıq və proqrama kiçik düzəlişlər edəcəyik. S.Şestyorkin bildirib ki, İvan təcrübəli idmançıdır və Olimpiada iştirakçısı olmaq kimi məsuliyyətli bir işin öhdəsindən gəlmək üçün səylə çalışır: “Əsas məqam son hazırlıq mərhələsində ritmi qoruyub saxlamaqdır.” Geri qayıt |