Əsas Səhifə > Maraq > UEFA: “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək

UEFA: “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək


22-07-2021, 12:19
UEFA: “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək

Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsrailin “Aşdod” klubunu qəbul edəcək.
BrendSport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra keçiriləcək.
Geri qayıt