Əsas Səhifə > Maraq > "Tokio-2020" qadın idmançıların sayına görə rekorda imza atıb
"Tokio-2020" qadın idmançıların sayına görə rekorda imza atıb22-07-2021, 12:11 |
"Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların 48,8 faizini qadınlar təşkil edir. BrendSport.az xəbər verir ki, bu, yay Olimpiya Oyunları tarixində rekord göstəricidir. Əvvəllər rekord 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunan Olimpiadaya məxsus idi. Belə ki, dördilliyin zirvə yarışında idmançıların 45 faizini qadınlar təşkil etmişdi. "London-2012"də isə bu göstərici 44,2 faizə bərabər idi. Qeyd edək ki, Tokio-2020" Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışda ölkəmizi 44 idmançı təmsil edəcək. Geri qayıt |