Əsas Səhifə > Maraq > UEFA Çempionlar Liqası: Bu gün “Neftçi" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq
UEFA Çempionlar Liqası: Bu gün “Neftçi" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq21-07-2021, 20:35 |
İyulun 21-də “Neftçi” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib “Olimpiakos” komandası olacaq. “Georgios Karaiskakis” stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Neftçi” UEFA Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Tbilisinin “Dinamo” komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. “Olimpiakos” isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq. Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) duelinin qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Malmö” (İsveç) - HİK (Finlandiya) qarşılaşmasında uduzan tərəflə üz-üzə gələcək. Geri qayıt |