Əsas Səhifə > Maraq > Futbol klublarımızın avrokuboklardakı potensial rəqibləri məlum olub
Futbol klublarımızın avrokuboklardakı potensial rəqibləri məlum olub20-07-2021, 00:39 |
2021/2022-ci il mövsümündə ölkəmizi avrokuboklarda təmsil edən futbol klublarımızın potensial rəqibləri müəyyənləşib. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq “Neftçi” rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu mərhələnin ilk oyunları avqustun 3-4-də, cavab qarşılaşmaları isə avqustun 10-da keçiriləcək. Təmsilçimiz “Olimpiakos”la mübarizədən məğlub ayrılacağı halda, çıxışını Avropa Liqasında davam etdirəcək. Avropa Liqasının üçüncü təsnifat mərhələsində isə "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq. Bu mərhələnin matçları avqustun 5-12-də oynanılacaq. UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin də növbəti – üçüncü təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibləri məlum olub. “Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütünün, “Çukariçki” (Serbiya) – “Sumqayıt” cütünün qalibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün, “Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçilərimiz növbəti mərhələyə vəsiqə qazanarsa, “Sumqayıt”la “Keşlə” ilk oyununu evdə, “Qarabağ” isə səfərdə keçirəcək. Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin oyunları avqustun 5-12-də keçiriləcək. Geri qayıt |