Əsas Səhifə > Maraq > Yeniyetmə sərbəst güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşib
Yeniyetmə sərbəst güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşib19-07-2021, 09:15 |
İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək. BrendSport.az xəbər verir ki, iyulun 18-də sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib. Güləşçilərimizdən Yusif İsparov (45 kq) Hayko Qasparyan (Ermənistan), Hacı Kərimov (48 kq) ukraynalı Vitali Qonçar, Elman Məmmədov (51 kq) Seyfulla İtayev (Fransa), Cavid Cavadov (55 kq) Qazaxıstan təmsilçisi Abdinur Nurlanbek, Abdulrəhman İbrahimov (60 kq) Erik Mantanona (ABŞ), Ağanəzər Novruzov (65 kq) çexiyalı Samuel Bistron, İlkin Ağayev (71 kq) Ramazan Doğan (Türkiyə), Səttərxan Allahverdili (80 kq) Rumıniya idmançısı Denis Kirika, Yusif Dursunov (92 kq) israilli Nikita Qubarets, Azay İsmayılov (110 kq) isə Türkiyə güləşçisi Hakan Büyükçınqıl ilə qarşılaşacaq. Qeyd edək ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. İyulun 20-də isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində yer alan idmançılar mübarizəyə qoşulacaqlar. Geri qayıt |