Əsas Səhifə > Maraq > Çimərlik güləşçimiz Orxan Abasov dünya seriyasının yarımfinalına yüksəlib
Çimərlik güləşçimiz Orxan Abasov dünya seriyasının yarımfinalına yüksəlib17-07-2021, 12:47 |
Fransada çimərlik güləşi üzrə dünya seriyası davam edir. BrendSport.az xəbər verir ki, Sen-Loran-dü-Var şəhərində keçirilən birinci mərhələdə ölkəmizi 3 güləşçi təmsil edir. Mahal Novruzov, Rübail İbrahimli (hər ikisi 70 kq) və Orxan Abasov (90 kq) mübarizəyə qrup mərhələsindən start verib. Yetmiş kiloqram çəki dərəcəsində iştirakçı sayı çox olduğundan güləşçilər 4 qrupa bölünüb. C qrupunda yer alan Mahal Novruzov Portuqaliya güləşçisi üzərində inamlı qələbə qazansa da, Ukrayna idmançısına məğlub olub. D qrupunda qərarlaşan Rübail İbrahimli isə həm Fransa, həm də Yunanıstandan olan rəqiblərinə qalib gəlib. Orxan Abasov B qrupunda əvvəlcə Fransa, daha sonra isə Ukrayna güləşçisindən güclü olub və sona bir tur qalmış yarımfinala vəsiqəni təmin edib. Qrup mərhələsinin son qarşılaşmaları, eləcə də yarımfinal və final görüşləri iyulun 17-də keçiriləcək. Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyur. Geri qayıt |