Əsas Səhifə > Maraq > “Avro-2020”: final oyunun ən yaxşısı seçilib
“Avro-2020”: final oyunun ən yaxşısı seçilib12-07-2021, 13:33 |
Futbol üzrə “Avro-2020”nin final görüşü çərçivəsində keçirilən İtaliya-İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib. BrendSport.az xəbər verir ki, İtaliya yığmasının müdafiəçisi Roberto Bonuççu bu görüşün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Yuventus”un formasını geyinən futbolçu bu matçda komandasının bərabərlik qolunu vurub. Qeyd edək ki, “Avro-2020”nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib - 3:2. Geri qayıt |